Menu

“Biz sülhməramlı kontingentlə gündəlik əlaqədəyik, bilirik nələr baş verir” - XİN başçısı

26.02.2023, 13:16
“Biz sülhməramlı kontingentlə gündəlik əlaqədəyik, bilirik nələr baş verir” - XİN başçısı

“Biz sülhməramlı kontingentlə gündəlik əlaqədəyik, bilirik nələr baş verir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə hər hansı humanitar böhranın yaranmaması üçün Azərbaycan tərəfindən səy göstərilir: “Hazırda Laçın-Xankəndi yolundan 3 mindən artıq avtomobil keçib. Onların əksəriyyəti sülhməramlılara məxsus böyük yük maşınlarıdır. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə daim ünsiyyətdəyik. Mənim dünən də onlarla görüşüm oldu. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narahatlıqları aradan qaldırmaq üçün konstruktiv təkliflər verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol