MKİ ŞEFİ PUTİNİ HƏDƏLƏDİ - “ABŞ-ın qətiyyətini düzgün qiymətləndirmir...”

“Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı geniş miqyaslı müharibədə Ukraynaya dəstək məsələsindəki qətiyyətini düzgün qiymətləndirmir”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyams Börns bəyan edib.

“Associated Press” yazır ki, Börns Putinin Ukraynanı tükəndirəcəyi və nahəyətdə ona bu yolla qalib gələcəyi barədə düşüncələri ilə böyük səhvə yol verir: “Hesab edirəm ki, indi Putin özünün Ukraynanı tükəndirmək bacarığına həddindən artıq inanır”.

MKİ şefi bildirir ki, Kreml bununla da növbəti səhvə yol verir və “Putin hansısa anda durmadan artan xərclərlə, insanların Rusiyanın kasıb regionlarına tabutlarda qayıtması ilə rastlaşacaq”.

Qeyd edək ki, Kremlin gözləntilərinin əksinə olaraq, ABŞ və kollektiv Qərb müharibənin bir ildən artıqdır davam etməsinə baxmayaraq, Ukraynaya dəstəyini azaltmır, əksinə, yeni maliyyə və silah-sursat yardımlarını daha da artırır.

“AzPolitika.info”  

635x100

Şərhlər

Turan 2023-02-27 18:22:46

Amerika Lend - lizi işə salıb. Yaddan çıxartmayaq ki, SSRİ Lend- lizizin köməyi ilə Hitlerə qalib gəldi. İndi də Lend -lizlə Ukraynaya kömək göstərilir. Ortada udan Amerikanın silah şirkətləridir. O vaxt da indi də. Trampın sözlərini yada salın : " Öncə Amerika, hər şey Amerika üçün"

Son yazılar