Belarusun “Maçulişi” hərbi aerodromuna hücum olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Belarusun müxalif KİV-ləri məlumat yayıb.
Məlumatda deyilir ki, hücum nəticəsində Rusiyaya aid “A-50” hərbi təyyarəsinə ciddi ziyan dəyib, təyyarə sıradan çıxıb. Qeyd olunur ki, bu təyyarə radiolokasiya, kəşfiyyat fəaliyyətləri ilə məşğul olub və müharibə başlayandan bəri 12 uçuş yerinə yetirib.
Xəbərdə bildirilir ki, hücum Belarus partizanları tərəfindən iki dron vasitəsilə yerinə yetirilib. Belarus polisi dronların idarə edilməsi pultlarını tapsa da, hücumu törədənlərin izinə düşə bilməyib.
“AzPolitika.info”


Şərhlər