“Son səkkiz ildə Mariupolda müasir Avropa şəhəri tikilirdi. Bu, rusları qıcıqlandırdı. Axı o dövrdə tənəzzülə uğrayan Donetsklə müqayisədə Mariupol mavi-sarı bayraq altında sürətli inkişafını davam etdirirdi...”
“AzPolitika.info” xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko “Pryamiy” telekanalının efirində bildirib.
“Bir şəhərin necə tez dəyişdirilə biləcəyini onlara göstərdik. Yenilənmiş məktəblər, xəstəxanalar tikdik, parklar, yollar saldıq.Mariupol mədəniyyət paytaxtı statusu aldı. Ona görə də onlar Ukraynanın Mariupolunu belə amansızcasına, məqsədli şəkildə dağıtdılar” - deyə, Vadim Boyçenko bildirib.
Qeyd edək ki, işğal zamanı rus hrəbçilər Mariupolda ən azı 22 mindən çox dinc sakini qətlə yetirib, bölgədəki mənzil fondunun 90 faizini dağıdıblar.
“AzPolitika.info”



Şərhlər