Menu

Malatyadakı zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib, 110 nəfər yaralanıb

27.02.2023, 17:13
Malatyadakı zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib, 110 nəfər yaralanıb

Bu gün Türkiyənin Malatya şəhərində baş verən 5,6 bal gücündə zəlzələdən sonra dağıntılar altından xilas edilən şəxslərin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.

“Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir”, – o vurğulayıb.

Zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 29 binanın dağıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol