Menu

Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalı yaranıb - Gürcüstan Ombudsman ofisi

27.02.2023, 20:02
Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalı yaranıb - Gürcüstan Ombudsman ofisi

Gürcüstan İnsan Haqları Müvəkkili (Ombudsman) ofisinin ekspertlər qrupu sabiq Prezident Mixeil Saakaşvilinin səhhətinin daha da pisləşməsi barəsində məlumat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatda Mixeil Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalının yarandığı bildirilib.

Qeyd olunub ki, sabiq Prezidentin bədəni aktiv katabolizm mərhələsinə daxil olub və 5-7 kiloqram da itirərsə o yataq xəstəsinə çevriləcək. Qeyd edilib ki, bu 1-2 aya baş verə bilər.

Ekspertlər qrupunun Saakaşvilini fevralın 19-da ziyarət etdiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol