Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür. Hikmət Mirzəyev Biləsuvarda anadan olub.
O, birinci Ermənistan-Azərbaycan müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.
Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant rütbəsini daşıyıb.
Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib.
Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor hərbi rütbəsini alıb.
Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.
Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib.
Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.
Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.
Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.


Şərhlər
Dövlet ve Xalq qarşısında heç bşr xidmeti olmayan memur balaları da general rütbesi daşıyır,Hikmet Mirzeyev kimi KiŞİLER de ,ne ise bizde hele de çox şey öz qiymetini ya ram almayıb ,ya da yerinde deyil.Her şeyde meneviyyat önde olmalıdır.İnsan axı menevi varluqdır.
Hikmət bəy, ad gününüzu mübarək!
Doğum günün qutlu olsun ,cəsur insan ,siyasi baxışından asılı olmayaraq bütün Azərbaycan səninlə qürur duyur ,Yaşa Yarat , düşmənləri rəzil et ,Sən Şuşa fatehi yox Azərbaycan Fatehisən