Azərbaycanlı fotoqraf Əziz Kərimov Türkiyədə zəlzələ bölgəsindən çəkdiyi fotolar paylaşıb. O, Kahramanmaraş, Hatay, Adana və digər bölgələrdə dəhşətli fəlakətin izlərini və həyata tutunmağa çalışan insanların güzəranını lentə alıb.
Xatırladaq ki, fevralın 6-da baş verən 7.4, 7.8 bal gücündə zəlzələ zamanı Türkiyənin 11 vilayətində böyük dağıntılar baş verib. Yerli hakimiyyət 50 mindən artıq binanın dağıldığını bildiriblər. Son məlumatlara görə, fəlakət zamanı 45 mindən çox insan həlak olub, 105-mindən artıq yaralı var. Hazırda milyonlarla insan Türkiyə hökumətinin və dost dövlətlərinin göndərdiyi çadırlarda və konteynerlərdə yaşayır.
“AzPolitika.info”


Şərhlər