Menu

Yaponiya Rusiyaya iqtisadi sanksiyalar təbiq etdi – Hərbi sənaye kompleksi hədəfə alınıb...

28.02.2023, 18:43
Yaponiya Rusiyaya iqtisadi sanksiyalar təbiq etdi – Hərbi sənaye kompleksi hədəfə alınıb...

Yaponiya hökuməti Ukraynaya hücumunun ildönümü ilə əlaqədar Rusiyaya məxsus bir bank da daxil olmaqla, 48 fiziki və 4 hüquqi şəxsin fəaliyyətini dondurub.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya müdafiə nazirinin köməkçisi Viktor Qoremikin və “Kalaşnikov” Konserninin prezidenti Alan Luşnikov da sanksiyalar siyahısına daxil edilib. Məhdudiyyətlər həmçinin dövlət fəaliyyətinin təmin edilməsi üzrə prezident aparatının rəhbəri Aleksandr Xaricəvə, onun köməkçisi Boris Rapoporta və Çeçensitan rəhbəri Ramzan Kadırovun qohumu Turpal-Əli İbrahimova da şamil edilib. Bundan başqa Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının və Baş Qərargahda kompüter mərkəzinin sistemləri də nəzarətə götürülüb.

Yaponiya hökuməti “Ak Bars” holdinqə, P.N.Lebedevin rəhbərlik etdiyi ikili texnologiya üzrə federal mərkəzə - “Soyuz” və “Ruselectronics” holdinqə, hərbi-sənaye kompleksi ilə əlaqəli bir sıra institut və tədqiqat mərkəzlərinə, o cümlədən Fizika İnstitutuna da sanksiyalar tətbiq edib.

Aktivləri dondurulacaq təşkilatların siyahısına NPO Kvant, “Vympel” gəmiqayırma zavodu, “Fakel konstruktor” bürosu və “Radioavionika” ASC daxildir. Bundan əlavə, “Rosbank” və “PMC Vaqner” də “qara siyahıya” salınıb.

Ayrı bir sanksiya siyahısına isə Krımın, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinin işğalında iştirak etmiş şəxslər daxil edilib.

Fevralın 25-də Yaponiyanın baş naziri Fumio Kişida siyahının daha da genişləndirdiyini açıqlayıb. Söhbət iri kapitallı 120 fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasından gedir. Yaponiya tərəfindən Rusiya sənayesini gücləndirə bilən avadanlıqların, məsələn, dronların ixracını qadağan ediləcək. Qeyd edək ki, ümumilikdə 900-ə yaxın rusiyalı və 450-yə yaxın rus təşkilatı və şirkəti Yaponiyanın sanksiya siyahısına daxil edilib.

Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı hücumundan sonra Yaponiya Rusiya Prezidenti Vladimir Putinə, yüksək səviyyəli dövlət rəsmilərinə və onların qohumlarına, banklarına və bizneslərinə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, Tokio Ukraynaya hərbi və humanitar yardım göstərməkdə davam edir.

Rusiya Yaponiyanı “dost olmayan ölkələr” siyahısına daxil edib və Cənubi Kuril adalarında müştərək iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan imtina edib. Bundan başqa Rusiya yapon dənizçilərinə Cənubi Kuril adalarında balıq tutmağı qadağan edib. Xatırladaq ki, 1998-ci ildə imzalanmış Rusiya-Yaponiya müqaviləsi onlara belə hüquq verirdi.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol