Menu

Çin hərbçiləri ABŞ-dan qəfil hücum gözləyir

17.11.2014, 19:13
Çin hərbçiləri ABŞ-dan qəfil hücum gözləyir

“Foreign Policy” Sakit okeanda gözlənən fırtınanın üstünü açıb

Çin hərbçiləri əmindir ki, ABŞ Çinlə müharibəyə hazırlaşır və hadisələrin inkişafı onları qəfil yaxalayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Çin üzrə mütəxəssis Maykl Pillsberi “Foreign Policy” jurnalında yazıb.

“Çin hərbçiləri və siyasi liderləri inanırlar ki, onların ölkələri Amerika hərbi planlarının hədəfindədir”, - deyə Pillsberi vurğulayır.

Onun sözlərinə görə, Pekinin hərbi sahəyə büdcə xərclərini artırması və ABŞ-ın Sakit okeanda qüvvələr balansını dəyişmək üçün çox vəsaitlər xərcləməsi ilə yanaşı, Çinin hərbi sektorunun qeyri-şəffaf olması da problem doğurur.

Ekspertin fikrincə, nə qədər ki, Çin ordusunun fəaliyyəti sirli qalacaq, Vaşinqtonla Pekin arasında savaş təhlükəsi real olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol