Menu

Rusiya ordusu İran istehsalı olan PUA-larla Ukrayna ərazisinə hücum edib

01.03.2023, 12:01
Rusiya ordusu İran istehsalı olan PUA-larla Ukrayna ərazisinə hücum edib

Martın 1-də Rusiya ordusu İran istehsalı olan “Şahed” pilotsuz uçan aparatları (PUA) ilə Ukrayna ərazisinə hücum edib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, PUA-lardan 3-ü Kiyev istiqamətində müşahidə olunub.

Həmçinin daha 2 “Şahed” Çerniqova səmasında qeydə alınıb.

Çerkassı vilayətinin səmasında da PUA-lara rast gəlinib.

Bundan başda, Kremençuk şəhərində partlayış səslərinin eşidildiyi bildirilib.

Qeyd edək ki, ötən gecə Ukrayna Silahlı Qüvvələri 2 “Şahed” PUA-sını məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol