“QİYAMƏT GÜNÜ” RUSİYA YAXINLIĞINDADIR! – ABŞ-dan Rusiyanın “nüvə şantajı”na adekvat cavab

Fevralın 28-də ABŞ ordusuna aid “E-6B Mercury” təyyarəsi Avropa ölkələrindən birinə eniş edib.

“AzPolitika.info” xəbər verir ki, bu məlumat ABŞ-ın Avropadakı hərbi komandanlığının rəsmi “Twitter” səhifəsində yayılıb.

Qərb mətbuatının da yazdığı kimi, bu təyyarənin digər adı “Qiyamət günü” təyyarəsidir. Belə ki, hərbi hava komanda məntəqəsi sayılan “E-6B Mercury”-nin əsas funksiyası ABŞ-a aid strateji nüvə silahı daşıyıcıları olan kreyserlərin və sualtı qayıqların fəaliyyətinin əlaqələndirilməsidir. Söhbət daha çox “Ohio” sualtı qayıqlarından gedir. Bu qayıqların hər birinin arsenalında 24 ədəd “Trident II D5” tipli nüvə başlıqlı qitələrarası ballistik raket var.

“Qiyamət günü” təyyarəsinin özünün xarakteristikasına gəlincə, bu, “Boeing 707-320” sərnişin təyyarəsinin modifikasiya edilmiş nüsxəsidir. 12.8 kilometr hündürlükdə 11 min 760 kilometr məsafəyə uça bilən bu təyyarələrin sürəti saatda 981 kilometrdir.

Xəbərdə o da qeyd olunur ki, sözügedən təyyarənin komanda heyətini ABŞ-ın İslandiyadakı səfiri qəbul edib.

Belə görünür ki, ABŞ bu addımı ilə Rusiyanın “nüvə şantajı”na ciddi yanaşdığını göstərməklə yanaşı, hadisələrin istənilən gedişinə hazır olduğunu da nümayiş etdirir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar