"Baxmutdan strateji geri çəkilmək mümkündür".
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleksandr Rodnyanski CNN-ə müsahibəsində deyib.
"Rusiya hazırda Baxmutu mühasirəyə almağa çalışır və bunun üçün “Vaqner”in seçmə muzdlu hissələrindən istifadə edir. Onlar yaxşı təlim keçiblər və təcrübəlidirlər. Bizim ordumuz bütün variantları ölçüb-biçəcək. Hələlik onlar şəhəri saxlayırlar, lakin lazım gələrsə, strateji olaraq geri çəkiləcəklər, çünki biz hərbçilərimizi səbəbsiz yerə qurban verməyəcəyik”, -o qeyd edib.
Amerika Müstəqil Müharibə Tədqiqat İnstitutunun (ISW) ekspertlərinin hazırladığı cari hesabatda isə deyilir ki, rus qoşunları Svatovo və Kremennaya bölgələrində məhdud hücumlar edir.
“Ehtimal ki, Kremennayanın bir qədər şimalında irəli gedə biliblər. Həmçinin rus qoşunları Baxmutun şimalında taktiki qələbələr qazanaraq şəhər ətrafındakı Avdiivka-Donetsk bölgəsində qurudan hücumlarını davam etdirrilər”, - hesabatda qeyd olunur.
İnstitut bildirir ki, fevralın 28-də rus qoşunları Baxmut bölgəsində quru hücumlarını davam etdirərək taktiki uğur qazanıblar. Fevralın 27 və 28-də “Vaqner” qrupu ilə əlaqəli olan RİA FAN kanalı muzudlu döyüşçülərin Stupki dəmir yolu stansiyası yaxınlığından Baxmutun şimal boyunca getdiyini göstərən görüntüləri dərc etdi. Bu, “Vaqner” qrupunun Baxmutda irəlilədiyini göstərir.
Ukraynanın Baş Qərargahı bildirib ki, silahlı qüvvələr şəhərdən qərb istiqamətində və Baxmutun özünə hücumlarını dəf edib. Ukrayna Prezidenti Volodimir Zelenski Baxmutda vəziyyətin getdikcə mürəkkəbləşdiyini vurğulayıb. Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski isə qeyd edib ki, “Vaqner” qruplaşması ən yaxşı təlim keçmiş hücum bölmələrini hücuma göndərir.
Rasim
“AzPolitika.info”


Şərhlər