"Ukraynanı dəstəkləməyən amerikalıların sayı artır. Xəbərdarlıq edim ki, müharibədə qalib gələ bilməsək Rusiya NATO ölkələrini də işğal edəcək. Bu zaman amerikalılar da ukraynalılar kimi öz övladlarını müharibəyə yəni, ölümə göndərəcəklər"
"AzPolitika. Info" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın "The Telegraph" nəşrinə müsahibəsində deyib.
ABŞ xalqı və bəzi senatorların Ukraynaya dəstəklərini dayandırmasından şikayətlənən Zelenski, hərbi və maddi yardımların davam etdirilməsini tələb edib.
"AzPolitika.info"


Şərhlər