Menu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - Əliyevlə görüşdü (Yeniləndi)

01.03.2023, 20:50
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - Əliyevlə görüşdü (Yeniləndi)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol