Menu

HACI ŞAHİN VƏFAT EDİB (Yeniləndi)

02.03.2023, 09:11
HACI ŞAHİN VƏFAT EDİB (Yeniləndi)

Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub.

Ailə üzvlərindən Bakupost.az -a bildirilib ki, Hacı Şahin bu gün səhərə yaxın - 5 radələrində ürək tutmasından dünyasını dəyişib.

Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib.

Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra ürəyi dayanıb. 

Mərhum ilahiyyatçının nəşi hazırda Məşədi Dadaş məscidinə gətirilib.

***

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.

"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.

İlahiyyatçının ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol