HACI ŞAHİNİN HƏYATINA SUİ-QƏSD OLUBMU? - Qəflətən vəfat etməsi şübhələrə yol açıb

Tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənlinin vəfat etməsi barədə xəbər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Sağlam həyat tərzi keçirən orta yaşlı (48 yaş) bir tanınmış adamın birdən-birə vəfat etməsi istər-istəməz şübhələrə yol açır.

Ölkəmizdə sevilən, dinlənilən, fərqli və müsbət obrazda qəbul edilən din xadiminin vəfatının rəsmi səbəbi infarktdır. Yaxınları onun sübh namazına qalxarkən ürək tutmasından dünyasını dəyişidiyini bildiriblər.

Ancaq ortalıqda şübhə və sual doğuran nüansalar var: Hacı Şahin indiyədək ürəyindən şikayətçi olmuşdumu, həkimə müraciət etmişdimi, müalicə almışdımı?

Əgər bu, ilk ürəktutmasıdırsa, o zaman onun ağır nəticələr verməsi ehtimalı azalır.

Məlumdur ki, beynəlxalq şpionajda istifadə olunan modern preparatlar var, onların vasitəsilə arzuedilməz şəxslərin səhhətində geridönməz proseslər başladıla bilir, xüsusilə də həmin preparatlar kəskin ürək çatışmazlığına səbəb olur və özündən sonra heç bir iz buraxmır.

Ona görə də son vaxtlar gərginləşmiş İran-Azərbaycan münasibətlərinin fonunda İranın təsir dairəsində olmayan, eyni zamanda böyük tərəfdar kütləsi olan, dövlətçilik mövqeyindən çıxış edən bir din xadiminin qəfil ölümünün İranın kəşfiyyat orqanlarının işi ola biləcəyini düşünənlər var.

Sui-qəsd ehtimalını qabardanlar belə hesab edirlər ki, bu məsələdə bir məqam güdülə bilər: İran özünə bağlı olmayan və İranmeylli dindarların səfini pozan şəxsi aradan götürür.

Hər halda bu üstündən keçiləsi hadisə deyil, ciddi araşdırmalar aparılmalı, açıq nəticələr ortaya qoyulmalı və ictimaiyyətə açıqlama verilməlidir. (musavat.com)

Xatırladaq ki, TƏBİB-dən verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

635x100

Şərhlər

t.ədalət 2023-03-03 11:44:51

Hacı Şahinin də ölümü general Rail Rzayevin qətli kimi gözlənilməz oldu.Ola bilsin ki,Hacı Şahin İranla bağlı böyük sirləri bilirdi və buna görə də rus kəşfiyyat idarəsi onu da Rail Rzayev kimi aradan götürdü.

Son yazılar