Nazir müavini: “Mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakıda test yoxlamalara başlanılıb”
“İnternetin sürəti və mesajların göndərilməsi və gec çatmasında qüsurlar aşkar olunub”
Azərbaycanda mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün Bakı şəhərində test yoxlamalara başlanılıb.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın monitorinq şirkətlərindən biri Azərbaycana test üçün dəvət olunub: “Mobil operatorların xidmətlərinin keyfiyyəti ilə bağlı Bakının mərkəzi küçələrində və qəsəbələrində araşdırmalar aparılıb. Operatorların bir-birinə yığımlar təşkil etməsi, internetin sürəti və mesajların göndərilməsi və gec çatmasında qüsurlar aşkar olunub. Bu qüsurlar Azərbaycanda hər üç operatorda ayrı-ayrı sahələrdə müəyyən olunub. Qüsurların aradan qaldırılması ilə məqsədi ilə operatorların hər birinə nazirlik tərəfindən xəbərdarlıq olunub”.


Şərhlər