BRYANSK VİLAYƏTİNDƏ NƏ BAŞ VERİR? – Rusiyaya hücumun məsuliyyətini onlar öz üzərlərinə götürdü + VİDEO

Məlum olduğu kimi, Rusiya KİV-ləri ölkənin Ukrayna ilə həmsərhəd vilayətlərində vəziyyətin gərginləşdiyi, yaşayış məntəqələrinin diversiya-kəşfiyyat qrupunun hücumuna məruz qaldığını bəyan edib. Söhbət daha çox Bryansk vilayətindən gedir.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib. Hətta Putinin bununla bağlı Təhlükəsizlik Şurasının təcili toplantısını keçirdiyi bildirilir.

"AzPolitika.info" xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə özlərini "Rusiya könüllülər korpusu" adlandıran silahlı qrupun videogörüntüləri və müraciəti yayımlanıb. Qrup üzvləri Putin hakimiyyətinə qarşı döyüşdüklərini bildiriblər və qeyd ediblər ki, onların hədəfi mülki vətəndaşlar deyil.

Sözügedən videoda təşkilatın adından danışan silahlı şəxs deyir: "Rus könüllüləri korpusu Rusiya Federasiyasının dövlət sərhədini keçib... Adi Rusiya vətəndaşlarının başa düşmək zamanı çatıb ki, onlar qul deyillər. Üsyan edin, döyüşün!"

Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak isə deyib ki, Bryanskda baş verənlərin Ukraynaya heç bir aidiyyatı yoxdur və bu, Rusiya hakimiyyətinin təxribatıdır. O, qeyd edib ki, Kreml bu cür təxribatlarla Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsinə haqq qazandırmaq, rusiyalılar qarşısında bəraət almaq istəyir. Bununla yanaşı, Podolyak qeyd edib ki, Rusiyada partizan hərəkatı güclənir və aqressivləşir - "Öz partizanlarınızdan qorxun!"

"AzPolitika.info"

635x100

Şərhlər

Camal 2023-03-02 21:41:04

Çeçenistan müharibəsi ərəfəsindəkii hadisələrə bənzəyir.... HƏMİN DALĞA, HƏMİN KOORDİNAT.....

Son yazılar