Menu

Ermənistanın müdafiə naziri istefaya göndərilir - Xələfinin adı açıqlanıb

03.03.2023, 11:14
Ermənistanın müdafiə naziri istefaya göndərilir - Xələfinin adı açıqlanıb

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunur.

Qəzet Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

“Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil”, - qəzet yazır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol