PAŞİNYANDAN SÜLH MÜQAVİLƏSİ İLƏ BAĞLI AÇIQLAMA - "Məsuliyyəti üzərimə götürürəm”

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

635x100

Şərhlər

t.ədalət 2023-03-04 00:41:50

Paşinyan sülhə imza atana oxşamır.Bizi aldada-aldada vaxt öldürür..Laçın-Xankəndi yolu bağlanmalı,ermənilərə Ağdam istiqamətindən keçid yolu vermək lazımdır.Həm də nəzarət-buraxılış məntəqəsi olmaqla.Biz,nəyin hesabına olursa-olsun,Laçın dəhlizini qapadıb Ağdamnan keçməklə Qubadlı_Gorus xəttini işə salmalıyıq.

Son yazılar