Menu

Vardanyan Xankəndində fond yaradır – Rus emissarına yeni görəv verilib

03.03.2023, 15:12
Vardanyan Xankəndində fond yaradır – Rus emissarına yeni görəv verilib

Rusiyanın Xankəndinə göndərdiyi emissarı, milyarder Ruben Vardanyan Bakının tələbindən sonra vəzifəsindən qovulmasına baxmayaraq, Azərbaycana qarşı “mübarizəsini” davam etdirəcəyini iddia edib.

O, “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirmək niyyətində olduğunu qeyd edib.

Rus emissarı deyib ki, Qarabağın ermənilər yaşatan ərazlərində sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcək. Vardanyan iddia edib ki, əraziyə gəldiyi gündən bu yana haqqında danışdığı işlərə 4 milyon dollar xərcləyib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ruben Vardanyan bu açıqlama ilə mesaj verib ki, o, Xankəndində qalır və müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Onun sözlərinə görə, separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir.

Ancaq bu qorxu separatçılara Vardanyanı bölgədən kənarlaşdırmağa kifayət edəcəkmi?

Bu suala cavabında ekspert vurğulayıb ki, Ruben Vardanyan Azərbaycana üçün arzuolunmaz şəxsdir: “Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil. Üstəgəl Ruben Vardanyan dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Azərbaycanlı 2023-03-03 19:55:32

bu armeni üçün ayrıca dron komikadze ayırmaq lazımdır-uje haddini aşır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol