Almaniya və Fransanın Rusiyanın bugünkü aqressiv və işğalçı siyasətinin formalaşmasındakı rolu barədə çox yazılıb və deyilib. Artıq bu ölkələrin özündə də anlayıblar ki, bu gün Ukraynada davam edən işğalçılıq müharibəsinin əsas səbəblərindən biri də Fransa və Almaniya rəhbərlərinin Rusiya ilə bağlı səhv siyasətidir.
“AzPolitika.info” xəbər verir ki, Almaniya Bundestaqının Müdafiə komitəsinin başçısı Mari-Aqnes Ştrak-Tsimmerman alman kanallarına açıqlamasında sabiq Almaniya kansleri Anqela Merkeli sərt tənqid edib. O, deyib ki, məhz Merkelin vaxtilə verdiyi səhv qərarlar nəticədə ötən il Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsini mümkün edib.
Tsimmerman xatırladıb ki, hələ 2008-ci ildə NATO üzvlərinin böyük əksəriyyəti Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarı olub. Lakin məhz Fransa və Almaniya Rusiyanın maraqlarından çıxış edərək, buna imkan verməyiblər: “Bu, o vaxt fransızların və Merkelin yol verdiyi böyük bir səhv idi”.
Tsimmerman əlavə edib ki, Ukraynadakı müharibənin Birinci və İkinci dünya müharibələri qədər uzanacağına inanmır və Qərb bu məslədə Rusiyanın gözləmədiyi səviyyədə birlik göstərə bilib.
Xatırladaq ki, NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində məhz Almaniya və Fransa Ukrayna ilə Gürcüstanın NATO-ya üzvlük prosedurunun başlanmasının əleyhinə çıxıblar.
“AzPolitika.info”


Şərhlər
Fransaya və Almaniyaya AR OLSUN!