Rusiyanın “A-50” təyyarəsinə belə hücum edilib – VİDEO

Bir neçə gün əvvəl Belarusun “Maçulişi” hərbi aerodromunda yerləşən Rusiyaya aid “A-50” hərbi təyyarəsinə hücumla bağlı videogörüntü yayılıb.

“AzPolitika.info” xəbər verir ki, videonu “Ştirlis” kod adıyla tanınan ukraynalı hərbi bloqer Anatoli Ştefan yayımlayıb.

Video təyyarəyə hücum edən dron tərəfindən çəkilib. Videoda partlayış anı görünməsə də şərhdə deyilir ki, dron təyyarənin kabinasının üzərində partlayıcını işə saldığı üçün çəkiliş həmin anda dayanır. Xəbərdə o da qeyd olunur ki, aerodromun mühafizəsinə dair deyilənlər həqiqəti əks etdirmir və dron asanlıqla təyyarəyə yaxınlaşıb.

Xatırladaq ki, məlum hücum nəticəsində Rusiyaya aid “A-50” hərbi təyyarəsinə ciddi ziyan dəyib, təyyarə sıradan çıxıb. Qeyd olunur ki, bu təyyarə radiolokasiya, kəşfiyyat fəaliyyətləri ilə məşğul olub və müharibə başlayandan bəri 12 uçuş yerinə yetirib.

Xəbərdə bildirilir ki, hücum Belarus partizanları tərəfindən iki dron vasitəsilə yerinə yetirilib.

“AzPolitika.info”


635x100

Şərhlər

BAKILI 2023-03-03 19:47:49

Slava Ukeaiine

Son yazılar