BAKIDA MARKETDƏ SİLAHLI ATIŞMA OLUB - İki yaralı, bir ölü + VİDEO (Yenilənib)

Bakıda marketdə silahlı basqınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Bir nəfər hadisə yerində dünyasını dəyişib.

***

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.

***

Bakının Xətai rayonunda marketdə baş vermiş silahlı basqının ilkin təfərrüatı bilinib.

Məlumata görə atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Ölən inkasatorun sürücüsüdür. Basqını törədən şəxslərin silahlı olduqları və hələ də ərazidə olduqları ehtimal edilir. Buna görə də, həmin ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

İnsanların həmin əraziyə yaxınlaşmaması tövsiyə edilir. 

***

Bakıda marketlərin birində silahlı atışma olub. “Report”un əldə etdiyi məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

635x100

Şərhlər

kasıb 2023-03-04 14:42:58

Buna haqq qazandırmıram. Ancaq məsəl var ac uılıca çapar. İnsanlar dilənçi gündə yaşayırelar. Ona görə də quldurluq oğurluq baş alıb gedəcək.

Seçici 2023-03-04 14:27:46

Qiymətləri qaldırmaq lazımdır

Son yazılar