Menu

Bakıda təkərdoldurma məntəqəsində partlayış olub - Ölən və yaralanan var

04.03.2023, 14:55
Bakıda təkərdoldurma məntəqəsində partlayış olub - Ölən və yaralanan var

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol