Menu

Şanlıurfada zəlzələ zamanı ziyan dəymiş bina çöküb

05.03.2023, 18:43
Şanlıurfada zəlzələ zamanı ziyan dəymiş bina çöküb

Türkiyənin Şanlıurfa vilayətinin şəhər mərkəzində fevralın 6-da zəlzələ zamanı ziyan dəymiş 6 mərtəbəli bina çöküb.

"Report" xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Son məlumatlara görə, dağıntılar altında qalanlar var.

Binanın çökməsindən sonra bölgəyə çoxlu xilasetmə və tibbi qruplar göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol