Menu

"Azərbaycanda ciddi su problemi yaşanır" - AMEA

06.03.2023, 11:43
"Azərbaycanda ciddi su problemi yaşanır" - AMEA

Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal alır.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

O bildirib ki, 2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir:

"Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada "Qırmızı Kitab"lar mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-yə çatıb. Hazırda "Qırmızı Kitab"ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan 226 heyvan növünün sayı 241-ə çatıb".

Şərhlər

dadaşyev 2023-03-06 19:39:36

Təkcə Bakıda neçə avtoyuma məntəqəsi var və hər biri gün ərzində nə qədər su işlədir?Azərsu bunu hesablayırrmı?Texniki su deyib məsələni bağlamayın,yau kardeşim,adicə kranlardan axan adicə içməli su işlədir hamısı.Texniki su üçün ayrı kranlar varmı yəni moykalar üçün?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol