ERMƏNİSTANDAN XANKƏNDİNƏ SİLAH-SURSAT BELƏ DAŞINIR... – Görüntülər yayıldı + VİDEO

Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə silah daşınmasını təsdiq edən videolar yayılıb.

“AzPolitika.info” xəbər verir ki, “Caliber.az” saytı özəl mənbələrdən əldə etdiyi videolarda sözügedən dolama torpaq yol vasitəsi ilə hərbi maşınların keçdiyi aydın görünür. Onların biri hərbçilərlə doludur.

Xatırladaq ki, dünən həmin yerdə baş verən toqquşmalar zamanı Azərbaycanın 2 hərbçisi Şəhid olub, erməni separatçılarının 3 rütbəli hərbçisi məhv edilib.

Videolardan göründüyü kimi, Xankəndi-Xəlfəli-Turşsu yolu vasitəsi ilə mütəmadi olaraq silah, sürsat, hərbçilər daşınır. Kadrlarda ilk saniyələrdə Xankəndindən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndinə doğru hərəkət edən hərbi maşını müşahidə edirik. 46-cı saniyədən isə yenə Xankəndindən Ermənistana doğru nəqliyyatın hərəkəti görünür.

10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, qeyri-hərbi yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Bakı məhz bu şərtlə yolun təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Turan 2023-03-06 18:09:29

Bu yol nəzarətə alınmalıdır və orada ordu postu qoyulmalıdır. Nə vaxtadək gözləyəcəyik???

Cəmşid Dərələyəzli 2023-03-06 17:34:52

O əraziləri qarış-qarış tanıyan keçmiş hərbiçilərinmi neçə vaxtdır sosill şəbəkəklərdə və mətbuatda haray salırlar ki, Xankəndindən "Ermənistana" əlaqə təkcə Laçın yolu deyil. digər yollarda var. Bəs onda bu məlumatlar niyə diqqətə alınmasın. inşallah diqqətə alınmışdır.

Eli 2023-03-06 15:42:48

Bu şerefsizlere qeti güzeşt olmamalıdır,imkan düşen kimi Paz ve “ İtiqovma” emeliyyatı heyata keçirilmelidir.

Son yazılar