Menu

Karapetyanı apardılar - Evində axtarış aparılıb + VİDEO

04.11.2026, 15:16
Karapetyanı apardılar - Evində axtarış aparılıb + VİDEO

Ermənistan təhlükəsizlik qüvvələri bu gün səhər Ermənistanda “Rusiyanın adamı” kimi tanınan “Taşir” Qrupunun rəhbəri və müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın evində axtarış aparıblar. 

“AzPolitika” xəbər verir ki, Ermənistan mediası onun axtarışdan sonra saxlanıldığı barədə məlumat yayıb.

Karapetyanın partiyasından bildiriblər ki, Ermənistan İstintaq Komitəs Karapetyanın və onun qardaşı oğlu, parlament üzvü Narek Karapetyanın evlərində axtarış aparıblar, sonra isə Samvel Karapetyanı özləri ilə aparıblar.

O bu ilin 19 yanvarından ev dustaqlığındadır. Karapetyan 2025-ci ilin iyun ayında Ermənistanda dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edilmişdi. Oktyabr ayında ona qarşı irəli sürülən ittihamlara xüsusilə külli miqdarda çirkli pulların yuyulması da əlavə edilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol