Menu

Meral Akşener “Altılı masaya” geri dönməsi üçün şərt irəli sürüb

06.03.2023, 15:13
Meral Akşener “Altılı masaya” geri dönməsi üçün şərt irəli sürüb

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener “Altılı masaya” geri dönməsi üçün yeni şərt irəli sürüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın İYİ Partiyanın baş mərkəzini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını istəyir.

İYİ Partiya sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda M. Akşener müxalif koalisiyaya geri dönə bilər.

Şərhlər

Eli 2023-03-06 15:45:16

Türkün düşmeni günü günden çoxalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol