Menu

“Rusiya 1962-ci ildən qalan tankları döyüş meydanına göndərib” – Britaniya kəşfiyyatı

06.03.2023, 17:30
“Rusiya 1962-ci ildən qalan tankları döyüş meydanına göndərib” – Britaniya kəşfiyyatı

Rusiya Sovet dövründən qalan tankları anbarlardan çıxararaq, döyüş meydanına göndərib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Kəşfiyyatının məlumatında deyilir.

“Rusiya ordusu itirdiyi ağır zirehli hərbi maşınları kompensasiya etmək üçün 60 illik T-62 tanklarını anbarlardan çıxararaq, döyüş meydanına göndərib. Hətta Rusiyanın aparıcı tank qüvvəsi olduğu güman edilən 1-ci Mühafizə Tank Ordusunun hissələrinin əvvəlki itkiləri ödəmək üçün yenidən T-62-lərlə təchiz olunması belə istisna edilmir. 2022-ci ilin yayından bəri anbarlardan 800-ə yaxın T-62 tankı götürülüb və bəziləri təkmilləşdirilmiş nişan alma sistemləri ilə təchiz edilib”,- deyə məlumatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol