Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbin müəllimi dərsə gecikən şagirdi qeyri-ənənəvi üsulla cəzalandırıb.
Belə ki, dərsə gecikən şagirdə cəza olaraq müəllimi sinifin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini sildirəcəyi barədə xəbərdarlıq edilib.
Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllim onun videosunu çəkib və təhqiredici ifadələrlə aşağılayıb.
Eyni zamanda, müəllim iddia edib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin direktoru tərəfindən müəyyən olunan daxili qaydalara uyğundur.
“AzPolitika.info”


Şərhlər
Müəllim düz hərəkət etməyib,gərək o şagirdi hamiya nümunə göstərərək tərif edərdi!Həm də o şagirddən üzr istəyəydi!
Salam. Müəllim nə etməli idi? Gecikənin başını tumarlamalı idi? Əcəb edib… 25 ildir müəllim,həkim , polis Naxçıvanda küçə süpürürdü, qorxusundan bir “ jurnalıst” səsini çıxarmırdı…