UNEC-də Elm festivalı çərçivəsində millət vəkili Etibar Əliyevin iştirakı ilə “Regionlarda elmin populyarlaşması” mövzusuna həsr olunan tədbir keçirilib.
"AzPolitika.info" xəbər verir ki, UNEC-in müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə millət vəkili elmə verilən dəyərdən danışıb. Elmin populyarlaşmasının hazırda dünyada aktual mövzulardan biri olduğunu diqqətə çatdıran millət vəkili regionlarda elmin təbliğinin əhəmiyyətini vurğulayıb.
Etibar Əliyev Nobel mükafatçılarının uğurları barədə maraqlı faktları, eləcə də dünyanın məşhur alimlərinin elmlə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Bu barədə millət vəkili də öz "facebook" səhifəsində məlumat verib.
"Müəllim və tələbələrlə keçirilən görüşdə elmin popularlaşdırılmasının əhəmiyyətindən danışdıq. İstedadlı gənclərin aşkara çıxarılması və onların elmi tədqiqatlara cəlb olunması olduqca vacibdir. Düşünürük ki, keyfiyyətli təhsil gənclərin elmi axtarışlara yol tapmaları üçün əsas vasitədir. Bütün elm sahələri üzrə elmi- populyar ədəbiyyatların yazılması və tərcüməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdik.
Görüşdə iştirak edən professor Şahlar Əsgərov elm və əxlaq, elm və siyasət, elm və məktəb mövzularına toxundu.
Xatırladıram ki, UNEC rektoru professor Ədalət Muradovun müvafiq əmri ilə Ali məktəbdə Elmin Populyarlaşdırılması Mərkəzi yaradılıb. Mərkəzin işinə uğurlar arzulayıram" - deyə, E. Əliyev qeyd edib.
"AzPolitika.info"





Şərhlər