SÜLHMƏRAMLILARIN SEPARATÇILARA YARDIMI İFŞA OLUNDU... - Fotolar + VİDEO

Qarabağdakı qanunsuz erməni birləşmələrinin hərbi karvanının rus sülhməramlılarının müşayiəti altında hərəkət etməsinə dair video yayılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Caliber” nəşrinin yayımladığı 03.07.2023-cü il tarixili video və foto materiallarda rus sülhməramlılarının müşayiəti altında Ermənistana məxsus hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.

Nəşrin əldə etdiyi məlumata görə, kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir ədəd çadırlı “Ural” və su çəni olan bir ədəd “KamAZ”, sonda isə BTR-82A hərəkət edir.

Hərbi kolonla qanunsuz erməni silahlı birləşmələrinin postlarına ərzaq, su və sursat daşındığı bildirilib.

“AzPolitika.info”





635x100

Şərhlər

dadaşyev 2023-03-07 21:33:32

Milli təhlükəsizlik,milli varoluş,türkcə “milli beka” söz konusu olduğunda hər türlü saziş-maziş bir tərəfə atılar,ölkənin konstitusiyası rəhbər tutularaq milli təhlükəsizliyə qarşı çıxanların anındaca təpəsindən vurular,xəbərdarlıqsız-filansız.Bəsdir bu qədər loyal olduq yau kardeşim.Bu qədər də olmaz.Bir şeyi qəti,kəsinliklə,birdəfəlik anlamaq lazımdır:xristian ölkələri xristian ermənini qoyub heç vaxt,heç bir zaman bizi sevməyəcəklər.Bu mümkün olan şey deyil.Biz kimsələrin sazişləri-filanları gözümüzə soxmağına baxmayaraq milli təhlükəsizliyimizin qeydinə qalmalıyıq.Suriyada 33 türk əsgəri öldürüləndə Ərdoğan kürsüdə barmağını silkələyərək alovlu söz demişdi bütün dünyaya:”Bu bir milli beka məsələsidir.Bu yolda qarşımıza kim çıxır-çıxsın,heç nəyə bakmayız,əzər keçəriz”.Dedi və Suriyaya girdi,6 günə darmadağın etdi Suriya ordusunu.”Olmaz” deyən ABŞ,Avropa,Rusiya önünə çıxa bildimi?Qalibləri və cəsarətliləri mühakimə etməzlər kardeşim.Hansı ölkə addım-addım geri çəkilirsə onun üstünə düşərlər,addım-addım üstünə gələrlər,yonulmuş qaza döndərərlər.

Dilsuz Mehmandarlı 2023-03-07 15:58:17

Elə 36 ci ildir hər gün biz-azərbaycanlıların illərlə qurduğu əzəli ayrılmaz-insanı hüquqlarına özgələr qəsd-cinayət edirlər, bizsə, kəskinliklə qarşısını almaq əvəzinə *BMT var*, *Kreml bilər*, *Ermənistan məsuliyyət daşıyır*, *ifşa etdik* deyirik? Ermənistana BMT, ya ATƏT Azərbaycana hücum, işğal əmri veribmi?

Son yazılar