“BİR DƏFƏ SATAN YENƏ SATAR!” – Baxçalıdan Akşenere sərt sözlər + VİDEO

“İYİ Partiya sədri utanmadan, sıxılmadan insanların üzünə necə baxacaq? Türk siyasəti bu cür prinsipsiz mövqe nə görmüş, nə də tanış olmuşdur. Keçmişdə demişəm, yenə də deyirəm bir dəfə satan yenə satar, yenə satacaqdır!”.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bu gün parlamentdə partiyasının qrup toplantısında çıxış edərkən deyib.

Akşeneri və Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlunu prinsipsiz mövqe sərgiləməkdə ittiham edən Baxçalı, onları yerdən-yerə vurub: Bir ildir ki, “tozlanmasın” deyə prezidentliyə namizədlərini elan etməyənlər, ancaq bir gündə toz-duman olanlar qeyri-prinsipallığın canlı nümunələridirlər. Bir ildir oturduğu əyri ayaqlı stolu, “qumar masası”, “şəxsi ambisiya masası”, “notarius masası”, “quyruqlu yalanlar masası” deyərək öncə aşıran, çətinliyi gördükdən sonra isə yenidən əyləşənlər prinsipsizlik və üzsüzlük nümunələridirlər.

Müttəfiq partiyaların üzvlərini üsyana çağırmaq siyasi əxlaqsızlıq deyilmi? Qalib gələ bilməyəcəyini dediyi namizədlə uzlaşmaq rüsvayçılıq deyilsə, nədir?"


Masanı dağıdana yenidən stul vermək çürümüş bir siyasətin prinsipsizliyi deyilmi?. Bələdiyyə sədrlərinin vitse-prezidentlik iddialarına boyun əymək, siyasətin prinsiplərinə, əxlaqına qəsd etmək deyilmi?

Etdikləriniz pozulacaq, topladıqlarınız ətrafa saçılacaq. Bundan sonra "Zillət İttifaqı"nın ciddiyə alınacaq, məsələ ediləcək heç bir siyasi təklifi ola bilməz. Bizim üçün boş şeydirlər. "Zillət İttifaqı" artıq bizim gözümüzdə etibarsızdır!"

“Türkiyə belə bir müxalifətə layiq deyil”

“Millətimiz və Türkiyəmiz belə bir müxalifətə layiq deyil. Masa arxasında otura bilməyənlərin 85 milyon insana xidmət etməsi, siyasi mövqe sərgiləməsi boş bir gözləntidir. MHP və “Cümhur İttifaqı”ndan narahat olanlar etibarsız şəxslərdir. Özümüzü və rəqibimizi tanımırıqsa, uğursuzluq qismətimizdir. Həm özümüzü, həm də rəqibimizi tanıyırıqsa uğur qaçınılmazdır. MHP-ni və “Cümhur İttifaqı”nı doğru anlayan, izah edən Türkiyə sevdalıları hər zaman olacaq. Biz varlığımızın millətimizin gələcəyi olduğunun fərqindəyik”, – deyə Baxçalı qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

dadaşyev 2023-03-07 21:14:49

"Q..." ərəb sözüdür,birbaşa tərcüməsi "satqın" deməkdir.

Son yazılar