RAMİZ RZAYEVİ KİM ƏVƏZLƏYƏCƏK? - Ədliyyə Nazirliyində də kadr dəyişiklikləri gözlənilir

Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev postundan getdiyini açıqlayıb. Kollektivlə keçirilən vida görüşündə o, vəzifədə olduğu 18 ildə dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildirib.

R. Rzayev gedişindən sonra Ali Məhkəmənin yeni sədrinin kim olacağı barədə diskusiyalar başlayıb. Ekspertlər media və sosial şəbəkələrdə bir neçə yüksək vəzifəli şəxsin yeni sədr olacağı barədə versiyalar səsləndiriblər.

Hüquq cameəsinə yaxın mənbələrdən “AzPolitika.info”-ya verilən məlumatda onların arasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏliHüseynli və hazırda Ali Məhkəmənin sədri səlahiyyətlərini icra edən, sədrin müavini Çingiz Əsgərovun şansları daha yüksək dəyərləndirilir.

Xüsusən də Ramiz Rzayevin sələfi olmağa ən real namizəd Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin rəhbəri Ç.Əsgərovun adı çəkilir. O, son illərdə sədrin müavini kimi etimad qazanıb və məhkəmə sisteminin idarəetmə prinsiplərinə yaxından bələddir.

“AzPolitika.info”ya daxil olan məlumata görə yaxın günlərdə Ədliyyə Nazirliyində də kadr islahatlarının aparılacağı gözlənilir. Bu çərçivədə yüksək vəzifəli şəxslərin, o cümlədən nazir müavini Azər Cəfərovun istefaya göndəriləcəyi bildirilir.

Xatırladaq ki, II dərəcəli dövlət ədliyyə müşaviri, 69 yaşlı A.Cəfərov 2012-ci ilin iyul ayında Ədliyyə nazirinin müavini təyin edilib.

Mənbə bildirib ki, ədliyyə sistemində gənc kadrların irəli çəkiləcəkləri gözlənilir.

Rasim

“AzPolitika.info” 

635x100

Şərhlər

Xalid 2023-03-12 00:20:03

Əsas odur ki, prokurorluğun namizədi olmasın.

İM 2023-03-10 22:18:34

Hakimliyinin Komissiyanın sədri İmanov dərhal tutduğu vəzifədən kənarlaşdırılmalıdır !

Şəmsəddin 2023-03-10 12:16:47

Məhkəmələr Naxçıvan klanından təmizlənməlidir.İllərdir davam edən özbaçınalıqlara və qanunlara hörmətsizliyə,qanunu şəxsi məqsədlərə sərf edən qaydada tətbiqinə son qoyulmalıdır.t

Firuz 2023-03-10 12:14:19

Məhkəmə sistemində ciddi islahatlara ehtiyac vardır. Bunu etmədən qanunçuluqdan danışmaq əbəsdir.Rüşvət və tapşırıq məhkəmə sistemində olmamalıdır!.

Hüquqşünas 2023-03-10 08:39:11

Məhkəmə sistemi Naxçıvan klanından qurtulmalı və qanunlara hörmət prinsipi ilə iş qurulmalı,,vətəndaşların hüquqlarına hörmət edilməsini əsas şərt qəbul etməlidir.Əvvəllər məhkəmələr "Xalq məhkəməsi" adlanırdı.

Etibar 2023-03-09 22:45:31

Cingiz esgerov 100 faiz

t.ədalət 2023-03-09 17:28:45

Ramiz Rzayevi əvəz edə biləcək ən uyğun kadr Fazil Mustafa ola bilər.Həm hakimiyyətə yaxındır,həm savadlıdır.Yaltaqlıq hissi yoxdur.

Eli 2023-03-09 15:06:51

Ali mehkeme sedri böyük ehtimalla G.Esgerıv ola biler.

Son yazılar