Menu

Nazirlik Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələni nəzarətə götürüb

09.03.2023, 19:36
Nazirlik Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələni nəzarətə götürüb

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

"2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - məlumatda vurğulanıb.

Şərhlər

Roma 2023-03-09 21:20:04

Ənvər Həsənova şəfa diləyirəm, can sağlığı arzulayıram...Ənvər müəllimi hamı tanıyır və ona olan kömək başa düşüləndir...Ancaq sözüm başqadır, adi sıravi insan xəstələnsə necə ölməlidirmi, niyə məsələ həllini kökündən tapmır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol