"Alfa-Bank" səhmlərin 40,1%-nə sahib olan əsas səhmdarı Andrey Kosoqov bildirib ki, o, bankın qalan səhmlərini Mixail Fridman və Petr Avendən almağa razılaşıb.
“AzPolitika.info” xəbər verir Kosoqov bu barədə "FinancialTimes" qəzetinə açıqlamasındabildirib. Nəşr yazır ki, bunu sövdələşmə ilə tanış olan bir neçə digər mənbə də təsdiqləyib.
Onlardan biri izah edib ki, Fridman və Aven bütün Rusiya aktivlərindən xilas olmaq istəyirlər ki, beynəlxalq sanksiyalar üzərlərindən götürülsün”. “Financial Times” sövdələşmənin qiymətini də açıqlayıb – 178 milyard rubl (təxminən 2,3 milyard ABŞ dolları).
Mixail Fridman “Alfa-Bank”da 32,86%, Petr Aven isə 12,4% paya sahibdir. Hər iki iş adamı Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi başlayandan sonra Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb.O, V.Putinin Kremlin Rusiyaya qarşı Qərbin sanksiyalarını ləğv etmək cəhdlərində iştirak edən yaxın çevrəsinə daxil olub. Ötən ilin mayında Fridman və Aven Avropa Məhkəməsində iddia qaldıraraq onlara qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz etməyə çalışıblar.
Xatırladaq ki, bir ay əvvəl Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketi çərçivəsində “Alfa-Bank”ın aktivlərini dondurub, onu SWIFT sistemindən ayırıb və digər maliyyə qurumlarına onunla əməliyyatlar aparmağı qadağan edib.
“AzPolitika.info”


Şərhlər