Menu

Belçika parlamenti Qolodomor faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb

10.03.2023, 13:28
Belçika parlamenti Qolodomor faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Belçika parlamenti Qolodomor faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə paylaşım edib.

O, buna görə Belçikaya təşəkkür edib.

Qeyd edək ki, "Qolodomor" qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

"Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol