Menu

“Rusiya neftini alanda ehtiyatlı olun!...” – ABŞ treyderlərə xəbərdarlıq etdi

10.03.2023, 16:07
“Rusiya neftini alanda ehtiyatlı olun!...” – ABŞ treyderlərə xəbərdarlıq etdi

ABŞ ən böyük əmtəə treyderlərindən bir neçəsini Rusiya nefti ilə bağlı müəyyən edilmiş qiymət tavanı daxilində həyata keçirilən sövdələşmələrdən ehtiyatlı olmamağa çağırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Rusiya nefti ilə sövdələşmələri müzakirə etmək üçün “Trafigura” və “Gunvor” şirkətlərinin rəhbərliyi ilə görüşüblər.

Vaşinqton heç vaxt Rusiya neftinin qiymət tavanı çərçivəsində ticarətinə qarşı olmasa da, böyük treyderlər bu cür sövdələşmələrdən ehtiyat edirdilər.

"Qərarları şirkətlər özləri verməlidir. Məqsədimiz qiymət həddi arxitekturası çərçivəsində icazə verilənləri çatdırmaqdır", - ABŞ Prezident administrasiyasının nümayəndələrindən biri bildirib.

Qiymət tavanı Rusiyanın gəlirlərini azaltmaq üçün tətbiq edilib. Bununla belə Bayden administrasiyası dünyanın ən böyük enerji ixracatçılarından birinin tədarükünün kəsilməsinin nəticələrindən ehtiyat edərək Rusiya neftini beynəlxalq bazarlarda saxlamağa çalışır.

Şirkətlərdən birindəki mənbənin vurğuladığı kimi, treyderlər artıq bilirlər ki, müəyyən şərtlər daxilində Rusiya nefti ilə ticarət edə bilərlər, əsas sual bütün potensial riskləri nəzərə alaraq onun həqiqətən cəlbedici olub-olmamasıdır.

2022-ci ilin dekabrında dəniz yolu ilə ixrac edilən Rusiya nefti üçün qiymət tavanı 60 dollar/barel səviyyəsində qüvvəyə minib. Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarının tavan qiymətinə razılaşan ölkələrə satışını qadağan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol