Menu

"Hacı Şahindənsə gedib şəhidlərimizi ziyarət etsinlər..." – İlahiyyatçı

10.03.2023, 21:23
"Hacı Şahindənsə gedib şəhidlərimizi ziyarət etsinlər..." – İlahiyyatçı

"İranın barmağı olduğunu düşünürəm..."

“O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız da olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir?”

Bu fikirləri ilahiyyatçı Tural İrfan "Bakupost.az"a açıqlamasında səsləndirib. O, Hacı Şahinin vəfatından sonra qəbrinin ziyarətgaha çevrilməsi barədə danışıb: 

“Bu xoş görülən bir işdir. Tur da təşkil etmək olar. Qanunla qadağa yoxdur. Amma bunun altında başqa niyyətlər varsa, o zaman doğru deyil. Ziyarət adı altında gedib narahatlıq yaratmaq, siyasi aksiyalar təşkil etmək, başqa maraqlar güdüb dinə xələl gətirmək bəyənilməyən işlərdir və qadağan hesab olunur”.

T.İrfan ziyarətin normal şəkildə, İslam qaydalarına uyğun təşkil edilməsini vacib sayıb. Qeyd edib ki, fars ideologiyasından irəli gələn ayinlər yolverilməzdir:

“Bəziləri mahnı oxuyur, bəziləri “Oyan, oyan” rədifli şeirlər səsləndirir. Bu, İslam dininə aid deyil, fars-sasani ideologiyasından irəli gəlir. Bir neçə müddət əvvəl Şəhidlər xiyabanının üzərində müəyyən mərsiyələr deyidilər, qara bayraqlar qaldırırdılar. Onu bu ziyarətdə də etmək istədikləri hiss olunur. Biz müsəlmanıq, ziyarəti də gərək, müsəlman qaydalarına uyğun edək”. 

İlahiyyatçı digər önəmli şəxslərin qəbrinə ziyarət edilməməsi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, burada siyasi məqsədlərin olduğunu vurğulayıb:

“Bu, Azərbaycanda görülməmiş bir şeydir. Bizim minlərlə şəhidimiz var. Gedib o şəhidlərimizi ziyarət etsinlər. Bizim üçün pir də, ocaq da, ən müqəddəs yer də oradır. O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir? İranın barmağı olduğunu düşünürəm. Bu şəkildə radikalizm yaratmaq, güc göstərmək istəyirlər”.

Şərhlər

TARIX 2023-03-13 16:26:39

ÖLÜM HAQDIR.ONA QARŞI ÜSYAN ALLAHA QARŞI ÜSYANDIR.KİMİSƏ BÜTLƏŞDİRMƏK CAHİLLİKDİR.ALLAH HACI ŞAHİNƏ RƏHMƏT ELƏSİN.

dadaşyev 2023-03-11 21:42:13

Tamamilə doğrudur.Heç kəsi bütləşdirmək lazım deyil,bütləşdirəcəksinizsə həzrət Məhəmmədi bütləşdirin,onun qədər bəşəriyyətə gərəkli insan Yer üzünə gəlməyib.Amma o da qəbrinin bir arşından yuxarı qaldırılmamasını vəsiyyət edib.Gedin baxın Mədinədə.Adi qəbirlərdən fərqlənmir.Çünki əsas qayəsi bütə pərəstişi aradan qaldırmaq idi Rəsulillahın.Allah mənə əbədiyyən onun qonşuluunda yer versin məni dünyaya gətirən anamla birgə.

Mubariz 2023-03-11 07:52:27

Ay .... bele şəhid qedri bilen idin niye aman verdin 50 veteran xanina qesd edib ozlerin yandirdilar.Indi haminiz olmusuz psevdopatriot vetenperver.Amma rusvet alanda yerlibazliq klanbazliq edende veteni dusunmursuz.30 ildir ermeni-ermeni deyib basimiz qatmisiz indide Iran Iran deyib bir muddet..

ƏNHU 2023-03-10 23:21:13

Hörmətli Tural İrfanla tamamilə razıyam.Hacı Şahinin izdihamla dəfn olunması ona olan hörmətin ifadəsi idi.Lakin dəfndən sonra məzarı başında yanıb-yaxılmaq, gecələri belə orada keçirmək ALLAHA üsyandır. O-nun təqdiri ilə razılaşmamaq, bu ölümü erkən və qəbulediloməz hesab etməkdir. Bu fanatizmdir, İslam və türk təfəkkür tərzinə ziddir. Və hətta, gülüncdür.

t.ədalət 2023-03-10 23:14:35

Doğru fikirdir.

Faiq 2023-03-10 23:07:57

Doğrudur, Şahin özü həmişə islami yox farsın uydurulmus şeytanı dinini təbliğ edib, insanlarımızin əksəriyyəti islamdan xəbərsiz olduğundan, farsın təsirinin güclü olduğundan farsi müsəlman sanırlar. Yoxsa kerbelanin Allahın Quranda müsəlmanın qibləsi olaraq göstərdiyi KEBEDEN üstün olduğunu deyən birinin qəbrini belə ziyarət etməzdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol