Menu

Şimali Koreya liderinin İsveçrə banklarındakı sərvəti AÇIQLANDI

18.11.2014, 09:31
Şimali Koreya liderinin İsveçrə banklarındakı sərvəti AÇIQLANDI

Şimali Koreyanın diktator lideri Kim Çen Inın İsveçrə banklarında 4 milyard dollara yaxın pulu var. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyadakı İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə Şimali Koreya rəhbərinin İsveçrə banklarındakı pulları korrupsiya, qeyri-qanuni silah satışından əldə olunan gəlirlərdir.

Sözügedən təşkilatın icraçı direktoru Ahn Meyong Kul bildirib ki, həmin pullar Şimali Koreyaya transfer olunarsa, bu ölkədə onsuz da pis vəziyyətdə olan insan hüquqları daha da bərbadlaşacaq.

Qeyd edək ki, Ahn Meyong Kul 1987-1994-cü illərdə Şimali Koreyada həbsxanaların birində gözətçi işləyib. Sonralar isə o, ölkədən mühacirətə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol