RUS SÜLHMƏRAMLILAR ERMƏNİ SİLAHLILARINI MÜŞAYİƏT EDİR - Müdafiə Nazirliyi yeni ifşaedici görüntülər yaydı + VİDEO

Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir", - məlumatda qeyd olunub.

635x100

Şərhlər

Yamən Azəri 2023-03-12 09:40:08

Üzr istəyirəm və məcburam acı mütiliyimizi etiraf edim? Biz sərhədlərimizi ən azı BMT TŞnın qanunu DQMV qətnaməsindən sonra 30 ildir belə illərdir *Dur! Ya Vurulacaqsan!* müdafiə etmir, qorxaqca-satqınca kimi-nəyi gəldi buraxır, sonra havaya şikayətlənirik?

dadaşyev 2023-03-11 22:21:18

Bəyan etməklə,xəbərdarlıqla-filanla olmaz bu işlər,əməldə cavab verilməlidir.Rus murdarməramlılarının gəldikləri ilk həftələri yada salın,necə mərhəmətlə,qorxa-qorxa danışırdılar bizimlə.Amma indi elə bil ağzımmızı sınayıblar,bilirlər ki xəbərdarlıq edə-edə duracayıq,ona görə də qudurublar.Pişim-pişim eləmişik,başlarını sığallamışıq,yaxşıdırlar demişik,onlar da qudurublar.Əlbəttə ki quduracaqlar,milli təhlükəsizlik məsələsində bir belə də astagəllik olarmı?Düşmənimizlə əlbir olanların bizim torpaqlarımızda nə işi var?Nə deməkdir bu?Sən düşmənlə birləşib mənim ayağımın altını qazı üzümə hırıldaya-hırıldaya,mən də deyim yaxşısan maşallah?Harada görünüb belə şey?

Афиг 2023-03-11 13:54:23

niyə qarşısını almırsınız?

Mubariz 2023-03-11 13:08:53

Vallah belə şeyləri MN -dən eşidəndə təəcüb edirəm ,guya xəbərləri yox idi ,elə bu AzPolitikada dəfələrlə bu haqda yazılıb ,ziyanın yarısından qayıtmaq da xeyirdi ,heç olmasa indi vəziyyətin nə qədər təhlükəli olduğunu anlayırlar

Son yazılar