Menu

"İndiyədək Rusiya Ukraynada 60 mindən çox infrastruktur obyektini məhv edib" - DİN

11.03.2023, 17:43
"İndiyədək Rusiya Ukraynada 60 mindən çox infrastruktur obyektini məhv edib" - DİN

“Müharibə başlayandan indiyədək Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələri nəticəsində məhv edilib”.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Nazir həmçinin bildirib ki, Rusiya hərbçilərinin cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb: “Onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır. Müstəntiqlərimiz həmin cinayətləri araşdırır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol