Menu

Ermənilər gecə sakit durmadılar

18.11.2014, 09:51

cebheSutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulduğu deyilir

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol