Menu

Rusiya ordusu Zaporojyeyə ondan çox hava zərbəsi endirib

11.03.2023, 22:11
Rusiya ordusu Zaporojyeyə ondan çox hava zərbəsi endirib

Rusiya ordusu gün ərzində Zaporojyeyə ondan çox hava və iki raket hücumu həyata keçirib.

APA-nın UNİAN agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hesabatında deyilir.

Məlumata görə, gün ərzində Zaporojye şəhərinə 12 hava zərbəsi endirilib. S-300 zenit-raket kompleksindən mülki infrastruktur obyektinə zərbə endirilib, nəticədə bir bina dağılıb.

Mülki əhali arasında ölən və yaralanan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol