Şəmkirdə kütləvi dava olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Qonşular arasında düşən mübahisə zamanı 1979-cü il təvəllüdlü Anar Bədiyev, 1970-ci il təvəllüdlü Asif Sədirov, 1960-cı il təvəllüdlü Akif Sədirov, 1997-ci il təvəllüdlü Babək Şahbazov və 1996-cı il təvəllüdlü Cavanşir Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisənin səbəbləri araşdırılır.


Şərhlər
Toyda oynamaq üstündə olub əlbət.Ayə,millət Fransada pensiya yaşının iki il artırılmasına görə küçələrdə əlbəyaxaya çıxır,Gürcüstanda maliyyə mənbələrinin bildirilməsi qərarına görə ölüb-dirilir,bizimkilər toyda gec oynadılmağa görə.Bir tuş!Babək demiş,qırın,öldürün bir-birinizi,nəsibiniz rəzalət,köləlik,zəlillik olsun.