Menu

Azərbaycana və İlham Əliyevə təşəkkür etdi - Mahsun Kırmızıgül Bakı konsertində

12.03.2023, 22:57
Azərbaycana və İlham Əliyevə təşəkkür etdi - Mahsun Kırmızıgül Bakı konsertində

Bu gün Bakı Konqres Mərkəzində türkiyəli məşhur müğənni Mahsun Kırmızıgülün konserti keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkədə baş verən zəlzələ qurbanları üçün təşkil olunan konsertdə maraqlı anlar yaşanıb.

Konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, Azərbaycandan gələn yardımları yüksək qiymətləndirib.

M.Kırmızıgül bu səbəbdən Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

Səhnədə aldığı hədiyyələri isə geri döndüyü zaman zəlzələ bölgəsinə gedərək qarşısına çıxan ilk insanlara verəcəyini bildirib.

İfaçı çıxışının sonunda “Annem-annem” mahnısını oxuyub və bu zaman göz yaşlarını saxlaya bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol