Menu

Milli Məclis büdcə müzakirələrinə başlayır

18.11.2014, 10:25

Milli-meclis-1Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayacaq.

ANS PRESS-in Milli Məclisə istinadla verdiyi məlumata görə, noyabrın 18, 19 və 20-də keçiriləcək iclaslarında dövlət büdcəsi və digər qanun layihələri müzakirə olunacaq.

Parlamentin plenar iclaslarının gündəliyinə daxil olan qanun layihələri bunlardır:

1. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.

7. "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol